BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Baş nazir Nikol Paşinyanın xalqa müraciətində Qarabağ ermənilərinin Ermənistanda qalıb-yaşamalı olduqlarını söyləməsindən sonra ona qarşı tənqidlər səslənir.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Video açılmırsa, Youtube kanalımızda baxın.
"Paşinyan! Xalq sənə Artsaxı (Dağlıq Qarabağı) kiməsə bağışlamağa mandat verməyib", - Silvi adlı sosial media istifadəçisi yazıb.
Özünü "tamhüquqlu Ermənistan vətəndaşı" kimi təqdim edən və Qarabağ qaçqını olduğunu deyən Tiqran adlı istifadəçi də yazıb ki, Qarabağdan "məcburi Ermənistana qaçdıqları vaxtdan bəri keçən iki il ərzində müxtəlif proqramlar həyata keçirilib:
"Ancaq bizim gələcəyimizlə bağlı təqdim etdiyiniz görünüşlərinizin reallaşmasına mane olan çoxlu problem mövcuddur", -o qeyd edib.
O, Paşinyanı Qarabağdan olan erməniləri dinləmək, problemlərini ciddi müzakirə etmək üçün onların nümayəndələri ilə "görüş təşkil etməyi xahiş və tələb" edir.
Nikol Paşinyan xalqa müraciətində Azərbaycanla sülhün bölgəyə sülh gətirəcəyindən də bəhs edib.
Azərbaycanla Ermənistan Vaşinqtonda sülh sazişini paraflayıblar.
Sosial mediada bəziləri Paşinyanı bu istiqamətdəki fəaliyyətinə görə alqışlayıb.
Qohar adlı bir istifadəçi yazıb: "İgidlik, cəsarət düz o yerdə bitir, harada ki, məsuliyyət başlanır, - o yazır. – Cəsarətləri çatmayan keçmiş prezidentlərin üçü də 30 il məsuliyyəti öz üzərinə qötürməyə qorxublar, ona görə də, ölkəni öz problemləri içində qapaldıb, pultu da Şimala təhvil veriblər...
Allaha şükür, cəsurlar vaxtı gəldi".
Aren adlı istifadəçi isə ona cavab olaraq yazıb ki, "Sizcə, düşmənin istədiyi təşəbbüsünü qəbul edib həyata keçirmək Cəsarət və ya Məsuliyyət təzahürüdür? Cəsurların vaxtı gəlib?", - Aren yazıb.
Paşinyanın birtərəfli güzəştlər etdiyini düşən Lianna adlı istifadəçi bundan narazıdır: "Cənab Paşinyan, siz (Sülh Kəsişməsi layihənizlə) ilk addımı atdınız. Fikrinizə şərikik, birmənalı sülh istəyirik, biz mütləq sülh istəyirik. Qoy növbəti addımı da Azərbaycan etsin".
"Bu, birtərəfli güzəştlər "sülhündən" müharibə qoxusu gəlir", - İrina da Paşinyanın birtərəfli güzəştlər etdiyini düşünür.