RU

Bu ölkədə isti havaya görə 2 mindən çox insan həyatını itirib

Bakı. Trend:

Bu il yayın əvvəlindən avqustun 16-dək İspaniyada 2 min 405nəfər güclü istilər səbəbindən həyatını itirib.

Trend xəbər verir ki, bubarədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, 2024-cü il mayın 15-dən sentyabrın 30-dəkümumilikdə 2 min 12 nəfər istidən ölüb. 2023-cü ildə bu göstərici 3min 7, 2022-ci ildə isə 4 min 789 olub.

İspaniyada istilərlə əlaqədar həyatını itirənlərin əksəriyyətiyaşlılar, xroniki xəstələr və sosial cəhətdən həssas təbəqələrdənolanlardır.

Səhiyyə orqanları əhaliyə günorta saatlarında çölə çıxmamağı,bol su içməyi və sərin məkanlarda qalmağı tövsiyə edib.

Məqalədə:
Избранный
3
4
az.trend.az

5Источники