RU

Yeniyetmə sürət həddini aşıb tabe olmadı; polis atəş açıb saxladı VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

İdarə etdiyi avtomobillə qayda pozub təqibdən yayınmağa çalışan yeniyetmə saxlanılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Krasnoyarsk şəhərində baş verən hadisənin görüntüləri kameraya düşüb.

Belə ki, axşam saatlarında şəhər ərazisində yerləşən küçələrin birində xidmət aparan yol polis əməkdaşları yüksək sürətlə hərəkət edən “Lada Priora” markalı minik avtomobilini müəyyən ediblər.

Polis əməkdaşları “Saxla” əmrini versələr də sürücü tələbə məhəl qoymayıb.

Təqibə başlayan asayiş keşikçiləri bir müddət sonra xidməti tapançadan havaya bir əl atəşə açaraq sürücüyə xəbərdarlıq ediblər, lakin o, yoluna davam edib. Sonda polis əməkdaşları avtomobilin təkərlərinə 7 əl atəş açaraq onu dayandırıblar.

Nəticədə hadisəni törədən sürücünün 15 yaşlı yeniyetmə olduğu məlum olub. Onun barəsində protokol tərtib edilib və valideyinləri polis bölməsinə çağırılıb.

Bundan başqa, onunla bərabər avtomobildə daha iki həmyaşıdı olub.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
avtosfer.az

1Источники