Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Çinin "ByteDance" şirkətinə məxsus"TikTok" sosial şəbəkəsini almaq niyyətində olan amerikalıalıcıların siyahısının əldə etdiyini bildirib.
Trend-inməlumatına görə, bu barədə Donald Tramp jurnalistlərə deyib.
"Alıcılarımız var, onu almaq istəyən çox ciddi amerikalıalıcılarımız var", - deyə o bildirib.
D.Tramp həmçinin qeyd edib ki, o, hələlik Çin prezidenti SiCinpinlə bu barədə danışmayıb, lakin bunu lazımi vaxtda etməkniyyətindədir.