RU

Rusiyada uşaqlar hərbi təlimə cəlb edilir -FOTO

Rusiyanın Ukrayna sərhədinə yaxın Rostov bölgəsində uşaqlar üçün hərbi düşərgə təşkil olunub. Burada azyaşlılar qumbara simulyasiyaları, təlim atışları və yürüş məşqlərində iştirak ediblər.

Gundem.az “Reuters”ə istinadən xəbər verir ki, 8 yaşdan yuxarı uşaqlar kamuflyaj geyimlərində təlimlərə cəlb olunub.

 

Bəziləri həqiqi silah, digərləri isə oyuncaq silahlar daşıyıb. Təlimlərdə Ukrayna müharibəsində yaralanmış rus əsgəri Aleksandr Şopin də iştirak edib. O, öz qızını da proqramda iştirak etdirməklə uşaqlara şəxsi döyüş təcrübələrini çatdırıb.

Müstəqil uşaq hüquqları təşkilatı “Ne Norma” bu düşərgəni uşaqlar üzərində “beyin yuyulması və təbliğat” adlandırıb. Rəsmi qurumlar isə məqsədin “sağlam vətənpərvərlik tərbiyəsi və milli şüurun gücləndirilməsi” olduğunu açıqlayıb.

 

 

Избранный
19
gundem.az

1Источники