RU

ABŞ-də "ət yeyən" bakteriyaya yoluxma hallarının sayı artıb

ABŞ-nin sahilyanı bölgələrində "ət yeyən" kimi təsnif edilən "Vibrio vulnificus" bakteriyasına yoluxma hallarının sayı artıb.

“Report” xəbər verir ki, bu barədə “Tribuna” məlumat yayıb.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, bakteriya artıq Florida və Luiziana da daxil olmaqla 11 ştata yayılıb. Bəziləri ölümlə nəticələnən onlarla hadisə qeydə alınıb.

Hər beş yoluxma hadisəsindən biri 48 saat ərzində ölümlə nəticələnir.

Bakteriyalar isti duzlu suda yaşayır. Bədənə zəif bişmiş dəniz məhsulları və hətta kiçik açıq yara vasitəsilə daxil ola bilər. İnfeksiyanın ilk əlamətləri ishal, qusma və dəridə qabarcıqlardır.

Избранный
15
2
report.az

3Источники