Məşhur amerikalı güləşçi Halk Hoqan iyulun 24-də 71 yaşında vəfat edib. SİA xəbər verir ki, ölümün səbəbi kimi tibbi səhv ehtimal edilir. TMZ-nin məlumatına görə, Hoqanın ölümünün istintaqı hələ də davam edir. Güləşçi öz evində dünyasını dəyişib. Təxirəsalınmaz yardım xidmətlərinin əməkdaşları mətbuata bildiriblər ki, onun ürəyi dayanıb. O vaxt mətbuatda Halkın ölüm səbəbi kimi miokard infarktı göstərilmişdi. Lakin bir neçə həftə əvvəl Hoqanın həyat yoldaşı Skay yayılan məlumatları təkzib edib və bildirib ki, əməliyyatdan sonra Hoqanın ürəyi yaxşı vəziyyətdə olub. Halk Hoqan güləş idmanını ABŞ-da populyarlaşdıran simalardan biridir. Onun sayəsində bu idman növü ölkədə geniş məşhurluq qazanıb. 1982-ci ildə o, “Rokki 3” filmində kiçik rol oynayaraq karyerasına kino sahəsində də başlayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта