RU

Günəşdə güclü partlayış baş verdi

BAKI, 23 avqust. TELEQRAF

Günəşdə güclü partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Akademik E.K.Fedorov adına Tətbiqi Geofizika İnstitutunun məlumatında deyilir.

Bildirilir ki, alimlər cümə günü, 22 avqust tarixində Bakı vaxtı ilə saat 22:51-də M1.7 partlayışını qeydə alıblar. Partlayış 72 dəqiqə davam edib.

Qeyd edək ki, gücündən asılı olaraq, günəşdə baş verən partlayışlar beş sinifə bölünür (A, B, C, M, X sinifləri). Ən aşağı səviyyəli partlayışlar A0.0 sinfinə aiddir və Yer kürəsinin orbitində hər kvadrat metrə 10 nanovat radiasiya gücünə bərabərdir. Növbəti mərhələyə keçdikcə partlayışın gücü 10 dəfə artır. X sinifli partlayışlar ən güclüsü hesab olunur və şiddətli geomaqnit qasırğalara səbəb ola bilər.

Избранный
66
24
teleqraf.com

10Источники