RU

KİV: Rusiyada bu il qarabaşaq məhsulu 35% azala bilər

Əlverişsiz hava şəraiti və iqtisadi çətinliklər səbəbindən Rusiyada 2025-ci ilin sonuna qədər qarabaşaq məhsulu 35% azala bilər.

“Report” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

“AB-Center”in kənd təsərrüfatı analitiklərinin fikrincə, 2025-ci ildə qarabaşaq yarması məhsulu ötən illə müqayisədə azalacaq - 788 min tona qədər. Bu, 2019-cu ildən bəri minimum olacaq.

2023-cü ildə Rusiyada rekord miqdarda 1,6 milyon ton, keçən il isə 1,2 milyon ton qarabaşaq əldə edilib.

Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, 2025-ci ildə qarabaşaq yarması sahəsi azaldılıb, onlar cəmi 746,4 min hektar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 32,3% azdır. Nəşr iddia edib ki, bu, son 22 ildə əkin sahəsinin ən aşağı səviyyəsidir.

Избранный
17
report.az

1Источники