RU

Füzulidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

 Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Operativ Media-ya bildirilib ki, araşdırmalarla yanğını  33 yaşlı Zaman Məhəmmədlinin törətdiyi məlum olub. Hadisə nəticəsində 24 sot ərazidə quru ot yanıb.

Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Избранный
10
5
operativmedia.az

10Источники