Niderland hökumətində İsrailə qarşı əlavə sanksiyalar məsələsi ciddi böhrana səbəb olub.
Modern.az-ın məlumatına görə, xarici işlər naziri Kaspar Veldkamp sanksiyaların qarşısının alınması üçün istefa verdiyini açıqlayıb.
Onun ardınca Yeni Sosial Razılaşma Partiyasından (NSC) olan daha 8 nazir və dövlət katibi də vəzifələrindən ayrılıb.
Veldkamp İsrailə qarşı əlavə addımlar ata bilmədiyini, buna görə də siyasi imkanlarının qalmadığını bildirib.