RU

Bir B 2 bombardmançısının qiyməti bu ölkələrin iqtisadiyyatından daha üstündür

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Amerikanın strateji bombardmançısı B-2 "Spirit" dünyanın ən bahalı təyyarələrindən biri hesab olunur. Onun hər birinin dəyəri təxminən 2 milyard dollara çatır ki, bu da bir sıra dövlətlərin ümumi daxili məhsulundan (ÜDM) daha çoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Wionews" yazıb.

Məsələn, bir B-2 təyyarəsinin qiymətini ölkələrin iqtisadiyyatı ilə müqayisə etdikdə mənzərə belədir:

* Tuvalu - ÜDM-i təxminən 60–70 milyon dollar. Bir B-2 üçün bu ada dövlətinin 30 illik iqtisadiyyatı bəs edərdi.

* Kiribati - ÜDM-i təxminən 250 milyon dollar. Bir təyyarənin qiyməti səkkiz dəfə artıqdır.

Palau - ÜDM-i təqribən 300 milyon dollar. Bir B-2 altı Palau iqtisadiyyatına bərabərdir.

- Marşall adaları — ÜDM-i 280 milyon dollar civarındadır. Bir bombardmançının dəyəri bu məbləği yeddi dəfə üstələyir.

Müqayisə üçün: B-2 "görünməz" bombardmançısı havada 40 saata qədər qalmaq imkanına malikdir. Lakin onun qiyməti on minlərlə insanın yaşadığı bütöv dövlətlərin illik büdcəsindən daha böyükdür.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
qaynarinfo.az

1Источники