ABŞ prezidenti Donald Tramp bildirib ki, yaxın günlərdə Alyaskada görüşdüyü Rusiya prezidenti Vladimir Putin 2026-cı il futbol üzrə dünya çempionatını izləmək üçün gələ bilər.
Publika.az xəbər verir ki, FİFA rəhbəri Canni İnfantino ilə görüşdə Tramp Putinə aid fotosunu nümayiş etdirərək onun mundiala qatılma ehtimalını istisna etməyib:
“Onun gələ biləcəyi də mümkündür, gələ bilməyəcəyi də – bu, baş verəcək hadisələrdən asılıdır. Qarşıdakı bir neçə həftədə çox şey olacaq”.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksika stadionlarında keçiriləcək. Rusiya yığması isə 2022-ci ilin fevralından beynəlxalq turnirlərdən kənarlaşdırılıb.