Bakı. Trend:
Ukraynadan ölkəmizə gətirilmiş daha 30 uşaq Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-SosialEkspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq ReabilitasiyaMərkəzində reabilitasiya xidmətləri ilə əhatə olunublar.
Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, mərkəzdə onlar ilk mərhələdə müayinədənkeçirilib. Hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtibedilib.
"Emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətəinteqrasiyalarına dəstək məqsədilə uşaqlar üçün peşəkar psixoloqlartərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqavə rəqs terapiya məşğələləri keçirilib.
Onlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiyavə s. reabilitasiya xidmətləri göstərilir.
10 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalıuşaqlar üçün asudə vaxtlarının maraqlı keçməsi üçün tarixi yerlərə,muzeylərə ekskursiyalar, stolüstü oyunlar, yarışlar və s.tədbirlərin təşkili də nəzərdə tutulur",- deyə məlumatda qeydedilib.