RU

Banqladeş səfiri: İlham Əliyevin təşəbbüsləri Asiya ölkələrində də çox müsbət qarşılanır

Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüslər Asiya ölkələrində də təqdir edilir.

BAKU.WS xəbər verir ki, bunu report-un Türkiyə bürosuna açıqlamasında Banqladeşin iqamətgahı Ankarada olan Azərbaycan, Gürcüstan və Türkmənistan üzrə qeyri-rezident səfiri Amanul Haq deyib.

Azərbaycanın Asiya ölkələri ilə optimal siyasət yürütdüyünü müşahidə etdiyini vurğulayan səfir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirlərdə də bunun şahidi olduğunu qeyd edib:

"Azərbaycanın Asiya ölkələri ilə bağlı siyasəti günü-gündən genişlənir. Prezident İlham Əliyevin bu istiqamətdə irəli sürdüyü təşəbbüslər qitə dövlətlərində çox müsbət qarşılanır".

Diplomat sonda Banqladeş-Azərbaycan əlaqələrinin yüksək səviyyəyə çatdırıldığını deyərək ikitərəfli münasibətlərin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Избранный
22
6
far.az

7Источники