RU

Sabah Bakının bir küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Avqustun 24-də saat 07:00-dan saat 22:00-dək Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində (Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən Xutor tuneli istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti aparılacaq təmir işləri ilə əlaqədar tam məhdudlaşdırılacaq.
 
Bu barədə Moderator.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
 
Məlumata əsasən, sabah 07:00-dan saat 22:00-dək paytaxtın Ziya Bünyadov prospektində (Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində) də nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Избранный
19
42
moderator.az

10Источники