RU

"Mənə dəyən maddi-mənəvi zərər qarşılanmalıdır” - Pasiyent danışdı

Əməliyyat olunan pasiyent çılpaq halda çəkilmiş görüntülərinin sosial şəbəkələrdə yayılmasından şikayətçidir.


Manset.az Xəzər Xəbər-ə istinadən bildirir ki, pasiyent bu addımı atanların cəzalandırılmasını istəyir: “Mənim əsəbdən səsim tutulub. Bunların cəzası verilsin. Hazırda Azərbaycanda deyiləm, amma haqlarında şikayətçiyəm. Mənə dəyən bütün maddi-mənəvi zərər qarşılanmalıdır”.

Onun sözlərinə görə, videonu görəndə xəstəxanaya müraciət edib: “Mənə deyirlər ki, video xəbərsiz çəkilib. Necə xəbərsiz çəkilib ki, həkim poza verə-verə oynayır, şişi şişə vurur?! Mən narkozda olmuşam. Mənim üstümdə şişi şişə vurur, elə bil yorğana biz batırır. Elə bil oradakı insan deyil. Videonu görəndən əsəb keçirirəm, hər günüm, hər dəqiqəm xəstəxanada keçir.

Gülbadə (red. əməliyyat edən şəxs) deyir ki, video 5-6 ay əvvəl çəkilib. Kadrlar isə iyunun 15-də əməliyyata girdiyim vaxt lentə alınıb. Görüntüləri “UĞUR Estetik Mərkəzi 777” klinikasının sahibi Xəyalə İsmayılova çəkib”.

Xatırladaq ki, sözügedən görüntülərlə bağlı Səhiyyə Nazirliyindən bildirilmişdi ki, Gülbadə Abdullayevanın adı Nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil. Sahibkar Xəyalə İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi”nin isə lisenziyası yoxdur.


Избранный
13
13
manset.az

10Источники