RU

3 deputatın övladı TƏLƏBƏ OLDU

Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib. Universitetə daxil olan yüzlərlə tələbələr arasında deputatların da övladları var.
Bakupost.az-ın məlumatına görə, deputatlar Rövşən Muradov, Vüqar Rəhimzadə və Elnarə Akimovanın övladları bu il tələbə adını qazananlar siyahısındadır.
Rövşən Muradov modern.az-a açıqlamasında bildirib ki, qızı 546,2 bal toplayıb: “Arzusu tibb Universitetinə girmək idi. Ancaq dövlət sifarişli əsasında psixologiyaya ixtisasına qəbul olunub”.
Vüqar Rəhimzadənin oğlu Fuad Rəhimzadə də tələbə adını qazananlar arasındadır. Deputatın övladı Bakı Dövlət Universitetinin Biznesin idarə olunması (əyani) ixtisasına daxil olub.
Daha bir deputat, Elnarə Akimovanın kiçik oğlu Bakı Dövlət Universitetinin “Geologiya” fakültəsinə qəbul olunaraq tələbə adını qazanıb. Qeyd edək ki, E. Akimova bu sevinci ikinci dəfə yaşayır. Belə ki, Elnarə xanımın böyük övladı Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsində oxuyur.
Избранный
58
10
tribunainfo.az

7Источники