RU

İtkin düşən 10 nəfər TAPILDI

Avqustun 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, həmçinin, polis əməkdaşlarının avqustun 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Bizim.Media

Избранный
44
23
bizim.media

10Источники