RU

Ağdərədə bu məktəbin bütün məzunları tələbə adını qazanıb - FOTOLAR

XANKƏNDİ, 23 avqust. TELEQRAF

İşğaldan azad olunmuş Ağdərə rayonunun Talış kənd tam orta məktəbinin məzunları ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, ən yüksək nəticəni Nigar Məmmədli göstərib. O, 609 balla Bakı Dövlət Universitetinə qəbul olub.

Digər məzunlardan Lalə Alışova Memarlıq və İnşaat Universitetində, Sirat Qarayev Xəzər Universitetində, Çinarə Qarayeva Gəncə Dövlət Universitetində təhsillərini davam etdirəcəklər.

Qeyd edək ki, Talış kənd tam orta məktəbini bu il ümumilikdə 4 nəfər bitirib və onların hər biri tələbə adını qazanmaqla məktəbin tarixində mühüm nailiyyətə imza atıblar.

Избранный
28
8
teleqraf.com

9Источники