Xəbər verdiyimiz kimi, avqustun 22-də Türkiyənin şərqindəki İğdır vilayətində Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun (Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədi) tikintisinə başlanması mərasimi keçirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasiminin iştirakçılarına müraciətində deyib ki, Qars-Naxçıvan dəmir yolu Türkiyə ilə Azərbaycan arasında kommunikasiyanın növbəti mühüm halqasına çevriləcək.
Prezidentin müraciətində Zəngəzur dəhlizi marşrutu üzrə dəmir yolu əlaqəsinin əhəmiyyətinə diqqət çəkilir ki, bu da Cənub-Şərqi Anadolu əyalətlərində, həmçinin Türkiyənin Aralıq dənizi zolağında ixraca, istehsala və turizmə təkan verəcək.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu isə bildirib ki, Qars-Naxçıvan dəmir yolu xətti Bakı-Tbilisi-Qars yoluna mühüm alternativ təşkil edəcək. İldə 5 milyon sərnişin daşıma potensialı olacaq. Bundan əlavə, biz ildə 15 milyon tona qədər yük daşıya biləcəyik”, -deyə Uraloğlu əlavə edib.
Referans xəbər verir ki, Türkiyəli jurnalist Güngör Yavuzaslan Globalinfo.az-a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi sayəsində Xəzər və Aralıq dənizi hövzələri arasında yeni ticarət yolu açılacaq:
“Avrasiyanın tədarük xətlərini gücləndirəcək bu addım Türkiyəni təkcə tranzit ölkə deyil, həm də regional inkişafın və əməkdaşlığın mərkəzinə çevirəcək. Bu, Orta Dəhlizin yükdaşıma qabiliyyətini də artıracaq. Bu layihə təkcə dəmir yolu deyil, həm də regional harmoniya, təhlükəsizlik və iqtisadi artımı təşviq edən infrastruktur layihəsidir. Türkiyə yalnız Şərqlə Qərb arasında bir körpü deyil, həm də sabitlik oxuna çevrilir”.
G.Yavuzaslan qeyd edib ki, əslində Türkiyə ilə Azərbaycan arasındakı bu dəmir yolu Zəngəzur dəhlizi üçün strateji addımdır:
“Azərbaycanda Bakıdan başlayan və Qarabağda bitən həm dəmir yolu, həm də avtomobil yollarının tikintisi başa çatmaq üzrədir. Eynilə, Naxçıvanda da işlər gedir. Trampla əldə olunan razılaşma əsasında Ermənistan ərazisində yerləşən 42 kilometrlik Zəngəzur dəhlizinin açılıb-açılmayacağı məlum olmasa da Azərbaycan və Ermənistan arasında yekun sülh razılaşması ilə bu dəhliz mütləq açılacaq. Hər iki tərəf 2030-cu ilə qədər buna hazırlaşır. Zəngəzur dəhlizi Cənubi Qafqazda razılaşmalar əldə olunarsa, həm də sülh dəhlizi olacaq. Türkiyənin Çinə qədər uzanan “Bir kəmər, bir yol” strategiyası var. Zəngəzur onun ürəyi olacaq”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта