RU

Kürdə balıqlar məhv olur - Agentlik araşdırmalara başladı


Kür çayında balıq və digər su bioloji resurslarının məhv olması faktı ilə bağlı araşdırma aparılır. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Azərbaycan Respublikasına daxil olan hissəsində balıq və digər su bioloji resurslarının məhv olması faktı aşkar edilib.

SİMDNX-dən verilən məlumata görə, qeyd olunan hallarla əlaqədar olaraq, Xidmət tərəfindən ilkin araşdırmalara başlanılıb. Sözügedən ərazidən su nümunələri götürülərək analizlərin aparılması üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.

Qeyd edilib ki, Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

ZÜMRÜD

Избранный
79
21
baki-xeber.com

10Источники