AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.


Rekord.az xəbər verir ki, Mehdiyeva Konfrans Liqasının pley-off mərhələsinin “Beşiktaş” (Türkiyə) – “Lozanna” (İsveçrə) cütünün cavab oyununda UEFA nümayəndəsi olacaq.


Oyun avqustun 28-də İstanbuldakı “Türpaş” stadionunda keçiriləcək.


Komandalar arasında İsveçrədə keçirilən oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.