RU

Ağdamda əkin sahəsində yanğın törədən şəxs saxlanılıb

Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Demokrat.az-a verilən məlumata görə, araşdırmalarla yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 1 hektar ərazidə ərazidə quru ot və kol-kos yanıb.

    Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

    Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir

    Избранный
    38
    19
    demokrat.az

    10Источники