RU

Bu obyektlərin qarşısında dayanan avtomobillərin sahibləri cərimələnirlərVİDEO

Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Böyükşor küçəsinin kəsişməsində yerləşən obyektlərin qarşısında dayanan avtomobil sahibləri cərimə edilir.

Xezerxeber.az-ın məlumatına görə, səki hesab edildiyi üçün hər bir sürücü barəsində 2 bal və 60 manat məbləğində protokol tərtib olunur.

Qeyd olunan ünvanda yerləşən obyekt sahibləri bildirdilər ki, uzun illərdir burada maşın saxlayırdılar və heç bir problem olmurdu. Lakin avqustun 18-i avtomobil sahibləri cərimə olunublar.

Sahibkarlar bu halın satışlara da təsir etdiyini deyirlər.

Sahibkarların üzləşidkləri problemlə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik.

İdarədən “Xəzər Xəbər”ə bildirdilər ki, ərazi piyadalar üçün nəzərdə tutulub və orada dayanan avtomobil sürücüləri qanunauyğun şəkildə cərimə edilirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
36
3
xezerxeber.az

4Источники