RU

Beyləqanda ot tayasından yıxılan kişi xəstəxanada ölüb

Gəncədə 64 yaşlı kişi xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs Beylaqan rayon sakini, 1961-ci il təvəllüdlü H.Hüseynovdur.

Qeyd olunur ki, bir neçə gün əvvəl H.Hüseynov Beyləqan rayonunun İkinci Aşıqlı kəndində öz həyətində ot tayasından yıxılıb.

Əvvəlcə o, Beylaqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır olduğundan isə Gəncədəki xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
25
2
apa.az

10Источники