RU

Azərbaycanlı qadın Gürcüstan Milli Müdafiə Qüvvələrində leytenant rütbəsi alıb

Gürcüstan Milli Müdafiə Qüvvələrində ilk dəfə etnik azərbaycanlı qadın leytenant rütbəsi alıb.

Bakıvaxtı.az xəbər verir ki, qadın hərbçi – Sevil Məmmədova Milli Müdafiə Akademiyasını leytenant rütbəsi ilə bitirib.

S.Məmmədova bu il ali hərbi təhsilini başa vurub və karyerasını Gürcüstanın Milli Müdafiə Qüvvələrində davam etdirməyi planlaşdırır.

Onun uğuru Gürcüstanda yaşayan azərbaycanlı gənclərin dövlətin müxtəlif sahələrində, xüsusilə də müdafiə və təhlükəsizlik strukturlarında təmsilçiliyinin artmasına mühüm nümunə kimi dəyərləndirilir.

Избранный
20
15
bakivaxti.az

10Источники