Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
“Fənərbağça” doğma meydanda “Kocaelispor”la qarşılaşıb. Dörd qolluq oyun İstanbul təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.
Üç qolun vurulduğu “Qaziantep” – “Gənclərbirliyi” görüşündə də meydan sahibləri qələbəyə seviniblər.
3-cü turun qalan görüşləri avqustun 24-də və 25-də keçiriləcək. Bu turun “Konyaspor” – “Beşiktaş”, “Rizəspor” – “Başakşəhər” və “Samsunspor” – “Kasımpaşa” oyunları təxirə salınıb. Bu, “Beşiktaş”, “Başakşəhər” və “Samsunspor”un avrokubok oyunları ilə əlaqədardır.
Türkiyə, Super Liqa
3-cü tur
22 avqust
Karagümrük – Göztəpə 0:2
Qollar: Olaitan, 40. Janderson, 65.
23 avqust
Fənərbağça – Kocaelispor 3:1
Qollar: Şkrinyar, 5. Braun, 51. Talişka, 66 – Petkoviç, 22.
Qaziantep – Gənclərbirliyi 2:1
Qollar: Soresku, 44. Maksim, 90+5-pen – Zuzek, 8.
24 avqust
20:00. Trabzonspor – Antalyaspor
22:30. Kayserispor – Qalatasaray
25 avqust
20:00. Eyüpspor – Alanyaspor