RU

Bu ölkə Rusiyaya yardım edən 11 nəfəri saxladı

Litvanın hüquq-mühafizə orqanları Kaunasda yerləşən şirkətin 11 əməkdaşını, o cümlədən Moldova və Bolqarıstan vətəndaşları olan şirkətin menecerləri və sürücülərini saxlayıblar.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Gömrük Xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, şirkət AB və Çində istehsal olunan və Rusiya neft şirkətləri tərəfindən istifadə edilən komponentlərdən layihələndirilən və istehsal olunan su təmizləyici avadanlıqların Rusiyaya tədarükü üçün kompleks kölgə sxemi hazırlayıb. Rəsmi olaraq Kaunas firmasının mallarını Portuqaliyadan olan bir şirkət alırdı, amma əslində məhsullar Bolqarıstandan keçərək Türkiyəyə daşınırdı və oradan da Rusiyaya çatdırılırdı.

"Rusiyada fəaliyyət göstərən təsərrüfat subyektləri ilə sıx və daimi əlaqələri olan Kaunas şirkəti Rusiyada həyata keçirilən layihələrdə fəal iştirak edib. Bu layihələrdən biri dünyada ən dinamik inkişaf edən neft-kimya şirkətlərindən biri olan Rusiya şirkətlər qrupu ilə bağlıdır", - rəsmi məlumatda qeyd olunub.

Избранный
49
10
axar.az

10Источники