Bu gün keçirilmiş dörd qarşılaşma ilə futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, mövsümün açılış oyununda “Cenoa” doğma meydanda “Leççe” ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.
“Milan” evdə “Kremoneze”yə məğlub olubsa, “Sassuolo”nun qonağı olan son çempion “Napoli” ilk turda inamlı qələbəyə sevinib. “Roma” da ilk oyununda “Bolonya”nı minimal hesabla üstələyib.
İlk turun qalan görüşləri avqustun 24-də və 25-də keçiriləcək.
İtaliya, A Seriyası
1-ci tur
23 avqust
Cenoa – Leççe 0:0
Milan – Kremoneze 1:2
Qollar: Pavloviç, 45+1 – Başirotto, 28. Bonazzoli, 61.
Sassuolo – Napoli 0:2
Qollar: Maktominay, 17. De Bruyne, 57.
Roma – Bolonya 1:0
Qol: Uesli Fransa, 53.
24 avqust
20:30. Kalyari – Fiorentina
20:30. Komo – Latsio
22:45. Atalanta – Piza
22:45. Yuventus – Parma
25 avqust
20:30. Udineze – Verona
22:45. İnter – Torino