Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Malyorka” – “Selta” və “Atletiko” – “Elçe” oyunlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Levante”nin qonağı olan son çempion “Barselona” isə əzmkar qələbəyə sevinib.
2-ci turun qalan görüşləri avqustun 24-də və 25-də keçiriləcək.
İspaniya, La Liqa
2-ci tur
22 avqust
Betis – Alaves 1:0
Qol: Lo Çelso, 16.
23 avqust
Malyorka – Selta 1:1
Qollar: Bauza, 88 – Rueda, 38.
Atletiko – Elçe 1:1
Qollar: Sörlot, 8 – Mir, 15.
Levante – Barselona 2:3
Qollar: Romero, 15. Morales, 45+7-pen – Pedri, 49. F.Torres, 52. Elqezabal, 90+1-öz qapısına.
24 avqust
19:00. Osasuna – Valensiya
21:30. Real Sosyedad – Espanyol
21:30. Vilyarreal – Jirona
23:30. Real Ovyedo – Real
25 avqust
21:30. Atletik – Rayo Valyekano
23:30. Sevilya – Xetafe