RU

Bakıda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib - FOTOLAR

Avqustun 23-də Bakının Nizami rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib. SİA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunan tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 10 litr tutumu olan şüşə butulka/banka, 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.

Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması məqsədilə keçirilən və maraqlı interaktiv tədbirlər də yer aldığı festivalda vətəndaşlar tullantıları gətirərək həm təbiətə töhfə verib, həm də müxtəlif hədiyyələr qazanıblar.

Festival zamanı ümumi tutumu 8 985 litr olan plastik tullantı, 1890 olan şüşə tullantı, 2 620 işlənmiş batareya toplanıb.

Избранный
34
15
sia.az

10Источники