RU

Almaniyada ictimai rəy sorğusu CDU/CSU blokunun reytinqinin aşağı düşdüyünü göstərib

Berlin, 24 avqust, AZƏRTAC

Almaniyada aparılan son ictimai rəy sorğusu Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı blokunun reytinqinin son üç ayda ən aşağı səviyyədə olduğunu göstərib.

AZƏRTAC xəbər verir ki, “Insa” İnstitutunun “Bild” qəzetinin sifarişi ilə apardığı rəy sorğusuna qatılanların 25 faizi Xristian blokuna dəstəyini ifadə edib. Bu, son üç ayda ən aşağı nəticədir. Belə ki, iyunda Birliyə 28 faiz səviyyəsində dəstək ifadə olunmuşdu. CDU/CSU bu göstərici ilə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ilə eyni dəstəyə sahibdir.

Koalisiya hökumətinin tərəfdaşı Sosial Demokratlar Partiyasının (SPD) dəstəyi 15 faiz səviyyəsində qalıb. “Yaşıllar”ın reytinqi isə 11 faiz olub. Sol partiyanı dəstəkləyənlərin sayı 2 faiz artaraq 11 faizə yüksəlib və “Yaşıllar”la eyni mövqeyə çatıb.

Sahra Vaqenknext İttifaqı (BSW) 4 faiz, Azad Demokratik Partiya (FDP) 3 faiz dəstəyə sahibdir. Rəyi soruşulanların cəmi 6 faizi digər kiçik partiyaları dəstəklədiyini ifadə edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
69
3
azertag.az

4Источники