RU

Bayraq dirəyində rəqs edən turist həbs olunacaq VİDEO

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Nevşehirdə yerləşən Üçhisar Qalasının başındakı bayraq dirəyində rəqs edən turisti 3 ilə qədər həbs cəzası gözləyir.

"Unikal" xəbər verir ki, əcnəbi turistin bu hərəkəti milli simvolun təhqiri və millətin alçaldılması kimi qiymətləndirilib. 

Prokurorluq üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan maddələrlə cinayət işinin başlandığını elan edib: "Türkiyə bayrağı dirəyində əcnəbi vətəndaşın törətdiyi qeyri-adekvat davranışla bağlı təhlükəsizlik qüvvələrimiz tərəfindən aparılan təxirəsalınmaz araşdırma və aşkarlama işlərindən sonra lazımi cinayət işi açılıb, xarici ölkə vətəndaşı ilə bağlı Nevşehir Respublika Prokurorluğu tərəfindən Türkiyə Cəza Məcəlləsinin 300 və 301-ci maddələri çərçivəsində məhkəmə istintaqı başladılıb".

Ağarza Elçinoğlu

Turkish authorities opened an investigation after a foreign tourist pole danced on a flagpole. pic.twitter.com/SxP4hdntV5

— Daily Turkic (@DailyTurkic) August 21, 2025

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
2
unikal.az

3Источники