Donald Trampın administrasiyası Ukraynaya 3350 ədəd uzaqmənzilli, idarəolunan ERAM raketlərinin satışını təsdiqləyib.
Bu barədə "The Wall Street Journal" (WSJ) Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Müqavilənin dəyəri 850 milyon dollar təşkil edir. Raketlərin Ukrayna Silahlı Qüvvələrinin ixtiyarına altı həftə ərzində çatdırılacağı bildirilir.
Xərclərin böyük hissəsini Ukraynanın avropalı müttəfiqləri öz üzərinə götürüb. Tədarük yalnız raketlərlə məhdudlaşmır, həm də digər hərbi təyinatlı avadanlıqları əhatə edir.
APA
Tarix: 24 Avqust 2025, 07:43