RU

Azərbaycan Premyer Liqasında II turun daha iki matçı keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında II turun növbəti oyunları keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq "Şamaxı" və "Sabah" komandaları üz-üzə gələcək.

Şamaxı şəhər stadionunda təşkil olunacaq görüş saat 17:00-da start götürəcək. Matçın baş hakimi Rəşad Əhmədov olacaq.

Günün ikinci qarşılaşmasında isə "Turan Tovuz" "Azersun Arena"da "Araz-Naxçıvan"ı qəbul edəcək.

Tural Qurbanovun baş hakim olacağı oyunun start fiti saat 19:30-da səslənəcək.

Qeyd edək ki, tura avqustun 25-də "Qəbələ" - "Zirə" matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

II tur

24 avqust

17:00 “Şamaxı” – “Sabah”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu

19:30 “Turan Tovuz ” – “Araz-Naxçıvan”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”

Избранный
43
2
bakivaxti.az

10Источники