RU

Bakıda kişi avtobusdan 2650 manat tapdı, sahibinə təhvil verdi

Avtobusdan 2650 manat tapan Tahir Orucov onu sahibinə qaytarıb.

Far.Az Xəzər TV-yə istinadla xəbər verir ki, şəhər sakini Tahir Orucov sosial şəbəkə hesabında pul tapdığını elan edib və vəsaitin sahibini axtarıb.

39 nömrəli avtobusda pul tapdığını elan edən Tahir Orucov bir günə bu məsələni həll edib.

O deyib ki, ilk dəfə özü üçün sosial şəbəkə hesabını məhz buna görə açıb və elan verib. Pulu itən şəxs isə kondisioner ustası olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Избранный
42
10
far.az

10Источники