Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Qafqaz bölgəsinin İran üçün qədimdən bəri böyük əhəmiyyət daşıdığını bildirib.
Axar.az xəbər verir ki, Vilayəti bu barədə X sosial şəbəkə hesabında paylaşım edib.
Vilayəti Qurani-Kərimdə haqqında təriflə danışılan Zülqərneynin, böyük təfsir alimi Allamə Təbətəbainin də vurğuladığı kimi, Böyük Kir (Kuroş) olduğu fikrinə işarə edib edərək Herodotun yazısına istinadla bildirib:
“Kuroş dövründən etibarən Qafqaz İranın təhlükəsizlik kəməri olub. Onlar bu bölgədə barbar tayfaların hücumlarının qarşısını almaq üçün bir sədd inşa edib”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.