RU

Kamaləddin Qafarov: “Böyük Qayıdış dövlətimizin prioritet proqramıdır”

“Bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın apardığı iri miqyaslı bərpa və yenidənqurma işlərinin yüksək dinamikası imkan verir ki, həmin ərazilərə bir vaxtlar bu torpaqlarda yaşamış, lakin erməni işğalı dövründə öz dədə-baba yurdlarından qovulmuş soydaşlarımızın geri dönüşü də yüksək intensivliklə həyata keçirilsin.“

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, hazırda Böyük Qayıdış dövlət proqramının uğurla reallaşdırıldığı bölgələrimizdən biri də Kəlbəcər rayonudur. “Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 21-də bu rayona etdikləri səfər ölkə ictimaiyyətinə Kəlbəcərdə aparılan işlərin böyük vüsətini bir daha tam dolğunluğu ilə nümayiş etdirdi.”

Millət vəkili vurğulayıb ki, dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə etdiyi hər bir səfəri bu torpaqlarda görülən işlərin mühüm prioritet istiqamətlərdən biri kimi xüsusi nəzarətdə saxlandığını təkrar-təkrar hər kəsin diqqətinə çatdırmış olur. “Bu proses görülən işlərin və həyata keçirilən Böyük Qayıdış dövlət proqramının önəmli xarakterindən irəli gəlir. Dövlət başçısının azad edilmiş ərazilərə hər səfəri mühüm obyektlərin təməlqoyma və açılış mərasimləri ilə əlamətdar olur. Avqustun 21-də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərin Vəng kəndində üç yeni kiçik su elektrik stansiyasının açılışını ediblər. Dövlət başçısı Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüb və onlara yeni mənzillərinin açarlarını təqdim edib. Səfər çərçivəsində Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin, eləcə də şəhər parkının təməli qoyulub. Möhtərəm Prezidentimizin burada yerli sakinlərlə görüşü zamanı dediyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.”

Избранный
28
14
demokrat.az

10Источники