RU

Kamçatkada gün ərzində iki dəfə zəlzələ olub

Rusiya seysmoloqları Kamçatka yarımadasının şərq sahillərində son 24 saat ərzində 5,0 maqnitudalı ikinci zəlzələni qeydə alıblar.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin Kamçatka bölməsi məlumat yayıb.

Qeyd edilir ki, yeraltı təkanların episentri Sakit okeanda Petropavlovsk-Kamçatskdan 145 km kənarda yerləşib. Zəlzələ ocağı 46,1 km dərinlikdə olub./Report

Избранный
43
3
editor.az

6Источники