RU

"Sədərək"də baş verən yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür

BAKI, 24 avqust. TELEQRAF

Sədərək Ticarət Mərkəzində baş vermiş yanğın səbəbindən əraziyə yaxın yollarda hərəkətin intensivliyi artıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunaraq nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edir, yaranmış sıxlığın qarşısını almaq üçün zəruri tədbirlər görürlər.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşlardan xahiş olunur ki, hərəkətdə olarkən yol polisi əməkdaşlarının tələblərinə riayət etsinlər.

Избранный
19
25
teleqraf.com

10Источники