RU

“Sədərək”dəki yanğının yayılmasının qarşısı alınıb – Video + Yenilənib


Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam edir.


***13:22
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-in sonuncu məlumatında bildirilir.
Qeyd olunub ki, hazırda yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir:
“Əlavə məlumat veriləcək”.


***12:49
FHN yanğının baş verdiyi ərazidən kadrlar yayıb.
Yeniavaz.com
xəbər verir ki, Nazirlik havanın küləkli olmasının yanğınsöndürmə əməliyyatını çətinləşdirdiyini açıqlayıb.
Bildirilib ki, buna baxmayaraq ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.


***12:16
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək”, - məlumatda deyilir.
Oxucular yanğın yerindən lentə alınmış kadrları Yeniavaz.com-un redaksiyasına göndəriblər.
Избранный
27
49
yeniavaz.com

10Источники