RU

“Rusiyaya güzəştə getməyəcəyik” - Zelenski

“Ukraynaya ədalətli sülh lazımdır və Rusiyaya güzəştə getməyəcək. Ölkənin gələcəyinin necə olacağına yalnız ukraynalılar qərar verə bilərlər”.

News365.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günü ilə bağlı müraciətində bildirib.

Müraciəti Kiyevin mərkəzindən - “Müstəqillik” meydanından edən Zelenski Ukrayna şəhərlərinə, xüsusən də Donetsk, Luqansk, Krıma olan məsafələrin yazıldığı “Sıfır Kilometr”ə də diqqət çəkib.

“Bu gün bu işarələr tamamilə fərqli məna daşıyır. Onlar artıq, sadəcə, kilometrlərlə deyil. Onlar xatırladırlar ki, bütün bu ərazilər Ukraynadır. Bizim xalqımız oradadır və aramızdakı heç bir məsafə, heç bir müvəqqəti işğal bunu dəyişməyəcək. Bir gün ukraynalılar arasındakı bu məsafə aradan qalxacaq və biz yenidən bir ailə, bir ölkə kimi birlikdə olacağıq”, - deyə Zelenski əlavə edib.

Zelenski vurğulayıb ki, Ukrayna dəyişib - o, artıq xoşməramlı jestlər gözləmir, öz iradəsinə malikdir.

Dövlət başçısı əlavə edib ki, Ukrayna bir gündə dünya liderlərini öz ətrafında toplayıb birləşdirə, Avropa və ABŞ-nin birliyini bərpa edə və bu birliyin əsasına çevrilə bilər.

Избранный
21
8
news365.az

10Источники