Bakı. Trend:
Ukrayna humanitar və digər dəstəyə görə dost Azərbaycana çoxminnətdardır.
Trend xəbər verirki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "X" sosialşəbəkəsindəki səhifəsində yazıb.
O, Ukrayna və Azərbaycanın hər zaman bir-birinin suverenliyinivə ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın MüstəqillikGünü münasibətilə təbrikini, Ukraynaya və ukraynalılara hörmətiniyüksək qiymətləndirirəm. Möhtərəm Prezident, Ukrayna və Azərbaycanhər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünüdəstəkləyiblər. Humanitar və digər dəstəyə görə dost Azərbaycanaçox minnətdarıq. Biz xalqlarımızın mənafeyi naminə stratejitərəfdaşlığımızı inkişaf etdirəcəyimizə ümid edirik", - deyə obildirib.