RU

Humanitar yardıma görə Azərbaycana minnətdarıq - Zelenski

Ukrayna humanitar və digər dəstəyə görə dost Azərbaycana çox minnətdardır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski X sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, Ukrayna və Azərbaycanın hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

"Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikini, Ukraynaya və ukraynalılara hörmətini yüksək qiymətləndirirəm. Möhtərəm Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Humanitar və digər dəstəyə görə dost Azərbaycana çox minnətdarıq. Biz xalqlarımızın mənafeyi naminə strateji tərəfdaşlığımızı inkişaf etdirəcəyimizə ümid edirik", - deyə o bildirib.

Избранный
24
7
axar.az

8Источники