RU

Zelenskidən İlham Əliyevə minnətdarlıq: Strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik”

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə Ukraynaya təbrikini və ukraynalılara göstərdiyi hörməti yüksək qiymətləndirirəm”.

Mia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında bildirib.

O, daha sonra yazıb: “Hörmətli cənab Prezident, Ukrayna və Azərbaycan həmişə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Dost Azərbaycanın göstərdiyi humanitar və digər yardımlara görə biz çox minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
95
1
mia.az

10Источники