Tikinti təyinatlı torpaqda ev tikib məskən salsalar da yaşadıqları ərazi üzrə qeydiyyta düşə bilmirlər... Torpaqların çıxarşı olsa da yaşayış evlərinə çıxarış verilmir...
Xezerxeber.az-ın xəbərinə görə, Xəzər rayonu, Badam Bağları yaşayış massivinin sakinləri iddia edir ki, illər əvvəl müvafiq qurumların sənədi əsasında ev tikiblər. Amma, indi həmin evlər sənədləşdirilmir. Bu səbəbdən də sakinlər mavi yanacaqla təmin olunmur, su çəkilmir və qeydiyyata düşə bilmirlər.
Vətəndaşlar iddia edir ki, onlar evlərinə çıxarış almaq üçün müvafiq qurumlara dəfələrlə müraciət ediblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.