RU

Gözünün qarşısında 2000 manat pulunu oğurladırlar – DETALLARVİDEO

Növbəsini başqasına verdikdən sonra gözü qarşısında 2000 manata yaxın pulu oğurlandı...

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib. "Xəzər xəbər"in vatsap qaynar xəttinə müraciət edən Qəbələ rayon sakini Cabbar Əmiraslanov deyir ki, bankomatın qarşısında növbədə ondan arxada dayanan şəxs sonradan onun pulunu götürüb. Həmin şəxsi aylardır axtarsa da, tapa bilmir.

Vətəndaş deyir ki, bundan sonra banka müraciət edib. Ona bildirilib ki, balansdan vəsait çıxılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli "Xəzər xəbər"ə bildirdi ki, vətəndaşın bankomatda nağdlaşdırma edərkən pulunu götürməməsi nəticəsində maddi vəsaitinin digər şəxs və ya şəxslər tərəfindən terminalda aşkarlanaraq əldə olunması ilə bağlı müraciəti daxil olub. Müraciətə əsasən, ərazi üzrə polis orqanı tərəfindən əməliyyat-texniki tədbirlər həyata keçirilir. Müvafiq qurumlara aidiyyəti üzrə sorğular göndərilib. Hazırda araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
11
10
xezerxeber.az

10Источники