RU

Bakıda avtobusda əlbəyaxa dava - Video

Bakıda 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü və sərnişin arasında insident yaşanıb.

“Qafqazinfo”  Bu barədə Publika.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir.

Saat 20:00 radələrində tərəflər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.

Mübahisəyə səbəb sərnişinin kartı oxutmadan əyləşməsi olub. Sürücünün bununla bağlı xəbərdalığına sərnişin aqressiv rekasiya verib.

Daha sonra onlar bir-birinə yumruq atıblar. Məsələyə polis müdaxilə edib.

Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır.

Избранный
20
13
qafqazinfo.az

10Источники