RU

Füzulidə suda batan yeniyetmənin axtarışları üçün Baş Mil kanalı qurudulacaq

Bu gün Baş Mil kanalına suyun verilməsi dayandırılacaq...

Oxu.Az xəbər verir ki, buna səbəb 2 aya yaxındır ki Füzuli rayonunun Kərimbəyli kəndində suda batan Nihad Nağızadənin axtarışıdır.

Qeyd edək ki, 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin iyunun 27-də su kanalında batdığı ehtimal edilir.

Həmin vaxtdan onun axtarışına Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunsa da, hələlik bir nəticə əldə olunmayıb.

Qeyd edək ki, N.Nağızadə orta məktəbin 10-cu sinif şagirdi idi.

Poliqon.info

Избранный
41
8
poliqon.info

9Источники